April 24, 2017

Armada Dental Klub

1. Klub haqqında:

   Armada Dental Klub “Armada MMC” şirkəti nəzdində yaranmış bir klubdur. Qısa adı “ADA KLUB” dur.

2. Məqsəd və əhatə sahəsi:

    Məqsədimiz Dental sektorda fəaliyyət göstərən doktor və texniklərin tanış olması, münasibət yaratmasına vasitəçilik etmək və bu istiqamətdəki bütün mədəni fəaliyyətləri təşkil etməkdir. Stomatologiya daxilində doktor və texniklərin biliklərinin artmasına yardımçı olmaq  məqsədiylə  Klubumuz  kitab, jurnal, 3 aylıq jurnal,  slayd,  film, videofilm, disk və bənzəri sənədlərin  çap edilməsi yayımlanması  və arxivlənməsini  təşkil edir.

3. Klubun Fəaliyyət  Sahələri:

     Təbiət gəzintisi, kampçılıq, paintbol, futbol, basketbol, üzgüçülük, piknik, intelektual yarışmalar, velosiped turları, şahmat, xarici ölkələrə gəzinti və bu kimi başqa  fəaliyətlər  daxildir.

4.Klubun qurucuları aşağıdakılardır:

Dr. Pərviz Məmmədov

Dr. Elşad Məmmədov

Dr. Nazim Əliyev

5. Kluba üzvlük şərtləri:

      Kluba üzv olmaq istəyən şəxs:

      a) Diş həkimi və ya  diş texniki

      b) 18  yaşından  yuxarı  olmalıdır

6. Kluba necə üzv olmalı ?

   Kluba üzv olacaq şəxsin müraciət formasını  dol-duraraq, iki ədəd 3×4-ə fotoşəkil və iki üzvün təklifiylə İdarə Heyətinə təqdim edir. İdarə heyəti bir ay ərzində üzvlüyə qəbul və ya etiraz edir.

7. Kluba üzv olan şəxslərə  klub üzvlüyünü təsdiq edən kart verilir.  Klubdan ayrılarkən hər bir  şəxs kartı geri qaytarmalıdır.

8. Üzvlərin əldə edəcəkləri üstünlüklər :

    – Armada Dental Akademiyası tərəfindən keçiriləcək ödənişli kurs və seminarlarda  müəyyən faiz  güzəştlər.

      – ADA-nın nəşr etdiyi Dental Media  jurnalına  pulsuz  abunə.

      – Müəyyən olunmuş ticarət obyektlərindən endirimlər və bonuslar.