Dr.NAZİM ƏLİYEV |
![]() Armada Dental Klubun prezidenti Əliyev Nazim Eyyub oğlu 01.06.1970-ci ildə Bakı şəhərində anadan olub. 1977-1987-ci illərdə Bakı şəhərində 181 nömrəli orta məktəbdə təhsil almışdır. 1987- 1989-ci illərdə Bakı 2 saylı Baza Tibb məktəbinin diş texniki fakültəsini qırmızı diplomla bitirmişdir. 1989-1993-cü illərdə Bakı şəhəri 7 saylı Stomatoloji Poliklinikasında və stomatoloji mərkəzdə diş texniki vəzifəsində işləyib. 1993-1998-ci illərdə Nərimanov adına ATU-nun Stomatologiya fakültəsində təhsilini davam etdirmişdir. 1998-1999-cu illərdə Bakı şəhəri 7 saylı Stomatoloji poliklinikasında, internatura keçmək üçün həkim–interna, 1999-2001-ci illərdə Respublika xüsusi məktəbdə həkim-stomatoloq kimi çalışmışdır. 2002-ci ildən şəxsi klinikasında baş həkim vəzifəsində çalışır. Son illərdə müxtəlif xarici ölkələrdə keçirilən seminarlarda, kurslarda və konfranslarda fəal iştirak etmişdir. Azərbaycan İmplantoloqlar İctimai Birliyinin (İİB), Azərbaycan Stomatoloqlar Assosiasiyasının və EDAD Bakının üzvüdür. |
|
Dr.RÜFƏT HÜSEYNLİ |
![]() Armada Dental Akademiyasında 3D görüntüləmə ixtisası üzrə koordinator Rüfət Hüseynli 1995-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin stomatologiya fakültəsindən məzun olmuşdur. 2005-ci ildə Kaunasda (Litva) Dr.O.Surovun, ardınca isə Türkiyədə Ankara Universitetinin (ANKÜSEM) təşkil etdiyi diplomdan sonrakı təhsil proqramı ilə tam implantoloji kursları bitirmişdir.Sonrakı illərdə bir çox təkmilləşmə kursları keçmişdir.Beynəlxalq konfransların iştirakçısıdır.1998-ci ildən bu günə kimi təsisçisi olduğu “MİRVARİ DİŞ”stomatoloji klinikasında çalışır.Beynəlxalq implantoloji konfranslarda məruzəçi kimi çıxış etmişdir.Azərbaycan İmplantoloq İctimai Birliyinin(AzİİB) vitse-prezidenti, “İTİ Bakı study club” həmsədridir. AzİİB mütəmadi olaraq təşkil etdiyi implantoloji təməl kurslarının daimi mühazirəçisidir. Eyni zamanda ARMADA şirkətinin təşkil etdiyi implantoloji kurslarda tədris fəaliyyəti ilə məşğul olmuşdur.Stomatologiyada əsas fəaliyyət sahəsi implantoloji cərrahiyyə, kompüter tomoqrafiyası və 3D görüntüləmə, cərrahi şablonlarla aparılan implantoloji əməliyyatlardır. Cərrahi şablonlarla əlaqəli İMPLANT-ASSİSTANT layihəsinin keçirdiyi kursların həmtəsisçisidir. |
|
Dr.NƏCƏF ALLAHVERDİYEV |
![]() Armada Dental Akademiyasında kliniki idarəetmə üzrə koordinator 1992-ci ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsini bitirib. 1993-cü ildən həkim-stomatoloq kimi tibbi fəaliyyətə başlayıb. 2000-ci ildən “Stomadent” şəxsi klinikanın baş həkimidir.1999-cu ildən “Bilik” Cəmiyyətində müəllim fəaliyyətinə başlayıb. Psixologiya və özünü dərk etmənin müxtəlif aspektləri üzrə dərs deyib. Elə o dövrdən “İdealar Generatoru” təlimini tədris etməyə başlayıb.2001 ildə PR üzrə kurs bitirmişdir.2006 ildə PhD (psixoterapiya ixsisası) üzrə Xəzər universitetinə daxil olub. Eyni zamanda universitetin “Tibbi biliklər -stomatologiya” kafedrasında müəllim fəaliyyətinə başlayıb. Həmçinin 2007 – 2008-ci illər Bakıxanov adına sarayın nəzdində Qızlar Gimnaziyasında dərs deyib.2010-cu ildə “Moskva Ritorika və Natiqlik Bacarığı Universitetini” bitirib, müstəqil trener statusunu alıb. Həmin ildən Beynəlxalq trenerlər assosasiyasının üzvüdür. 2012-ci ildə Moskva şəhərində “Moskva Ritorika və Natiqlik Bacarığı Universitetin”də ixtisasını təkminləşdirib və eyni zamanda “Beynəlxalq Oratorlar Çempionatının” Gümüş mükafatını əldə etmişdir. 2012-ci ildə “TrenerPROFİ” Biznes treninq mərkəzində “Satış Treninqi” üzrə Trenerlər treninqini bitirmişdir. 2013-cü ildə Türkiyədə “Dental Marketinq”, “Bazarlama” və “Zaman Bölgüsü” treninqlərini bitirmişdir.2013-cü ildə “Brian Tracy İnternational” tərəfindən “Maksimum Nailiyyət” biznes seminarını bitirmişdir.2011-ci ildən Bakı şəhərində “KarnegiKlub” Treninq Mərkəzinin təsisçisi və rəhbəridir. İtaliyada, Almaniyada, Rusiyada, Türkiyədə, ABŞ-da müxtəlif seminarlarda iştirak edib. |
|
Dr.İQBAL SÜLEYMANOV |
![]() Armada Dental Akademiyasında Ortodontiya ixtisası üzrə koordinator 31 dekabr 1967-ci ildə anadan olub. 1988-1993 illərdə Azərbaycan Tibb Universitetində təhsil alaraq, fərqlənmə diplomu ilə bitirib. Ali təhsildən sonra 1993-1994-cü illərdə Uşaq Stomatoloji mərkəzin ortodontiya bölməsində internaturanı keçib. Hal-hazırda uşaq stomatoloji mərkəzdə və “RealDent” özəl klinikasında fəaliyyət göstərir. APOC-un direktoru, Ümumdünya Ortodontlar Federasiyasının, Rusiya Professional Ortodontlar Cəmiyyətinin, Avropa Ortodontlar Cəmiyyətinin fəal üzvü, “Xəzər Ortodontik Jurnalı”nın baş direktorudur. * 1-ci Beynəlxalq Xəzər Konfransında “Ortodontiyada mikroimplantların istifadəsi” məruzəsi ilə çıxışı, Bakı, 2005 * “Stomatologiyanın aktual problemləri” Beynəlxalq elmi və praktiki konfransında çıxışı, Bakı, 2006 * “Ortodontiyada müasir dayaq kontrolunda mikroimplantların istifadəsi” seminarında çıxışı Batumi, 2009 * “Mikroimplantasiya – ortodontiyanın gələcəyi” beynəlxalq konfransında iştirak, Sankt-Peterburq, 2011 * “BioQuick Liqaturasız breket sistemləri və 2D linqval sistemi” mövzusunda çıxışı, Astana 2015 |
|
Dr.GÜLNAR MƏHƏRRƏMOVA |
![]() Armada Dental Akademiyasında Endodontiya ixtisası üzrə koordinatordur. 28 Yanvar 1986-cı ildə Sumqayıt şəhərində anadan olub. 1993-cü ildə 134 saylı məktəbin birinci sinfinə qəbul olunmuş, 2004-cu ildə həmin məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə qəbul olunub. 2009-cu ildə universiteti bitirib internatura proqramına əsasən 7 saylı şəhər poliklinikasında həkim-stomatoloq vəzifəsində çalışmışdır. Eyni zamanda 5ADENT stomatoloji klinikasında stomatoloq assistenti vəzifəsində çalışmışdır. 2010-2012-ci illərdə Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasında həkim-stomatoloq kimi fəaliyyətimi davam etmişdir. 2012-ci ildən AZDENT Stomatoloji Klinikada stomatoloq- endodontist vəzifəsində çalışır. 2013-cü ildən EDAD Bakının fəal üzvüdür. Bir çox konfrans və seminarların iştirakçısıdır:
Rus, ingilis və alman dillərində sərbəst danışır. |
|